30 iyun 2026. Çərşənbə axşamı

Mourinyonun qarşılaşdığı ən pis hakim


Mourinyonun qarşılaşdığı ən pis hakim
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Montsa” ilə oyundan (1:1) sonra hakim Daniele Kiffini tənqid edib. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Kiffini karyerasında qarşılaşdığı ən pis hakim olduğunu bildirib:
 
“O, karyeramda qarşılaşdığım ən pis hakimdir. Hakim nəticəyə böyük təsir göstərmədi, amma çox pis idi. O, texniki cəhətdən dəhşətlidir, oyunu hiss etmir, oyunçularla heç bir münasibət qurmur. Referi oyunun 96-cı dəqiqəsində yorğunluqdan ayağı sürüşən oyunçuya qırmızı vərəqə verdi”.
 
“Roma” A Seriyasında 33 turdan sonra 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı