30 iyun 2026. Çərşənbə axşamı

Yuventus'dan Napoli'yə çempionluq təbriki


Yuventus'dan Napoli'yə çempionluq təbriki
“Yuventus” “Napoli”ni İtaliya A Seriyasının 2022/23 mövsümündə çempion olması münasibətilə təbrik edib. Corner.az xəbər verir ki, Turin təmsilçisi təbrik mesajında “Napoli”ni tarixdə üçüncü dəfə skudettonu qazandıqları üçün təbrik edirik” sözlərini qeyd edib.
 
Bildirək ki, dünən səfərdə "Udineze" ilə "sülh bağlayan" Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan neapollular daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.
 
İtaliya çempionatının turnir cədvəlində “qoca sinyora” 63 xalla üçüncü pillədə qərarlaşıb. 34-cü turda “Yuventus” Berqamo səfərinə yollanacaq və “Atalanta” ilə qarşılaşacaq. “Napoli” isə evdə “Fiorentina”nı qəbul edəcək.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı