23 iyul 2026. Cümə axşamı

A Seriyasını tərk edəcək ilk komanda bilindi


A Seriyasını tərk edəcək ilk komanda bilindi

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

İki qolluq “Sassuolo” - “Bolonya” matçında qalib müəyyənləşməyib. “Empoli” doğma meydanda “Salernitana” “Udineze” isə “Sampdoriya” üzərində qələbəyə sevinib.

Bu nəticələrdən sonra “Sampdoriya”nın elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 17 xalla sonuncu pillədə qərarlaşmış bu komanda qalan oyunlarında qələbə qazansa belə, elitada qalmayacaq.

Hazırda 83 xala malik “Napoli” vahid liderdir. “Yuventus” 66 xalla ikinci, “Latsio” 64 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”in 63, “Milan”ın 61, “Atalanta” ilə “Roma”nın 58 xalı var.

İtaliya A Seriyası
34-cü tur
6 may

Milan – Latsio 2:0
Qol: Bennaser, 17. T.Hernandes, 29.

Roma – İnter 0:2
Qol: Dimarko, 33. Lukaku, 74.

Kremoneze – Spetsiya 2:0
Qol: Çiofani, 41. Vaskes, 77.

7 may

Atalanta – Yuventus 0:2
Qol: Junior, 56. Vlahoviç, 90+8.

Torino – Montsa 1:1
Qol: Sanabriya, 46 – Kaprari, 86.

Napoli – Fiorentina 1:0
Qol: Osimhen, 74-pen.

Leççe – Verona 0:1
Qol: Nqonqe, 71.

8 may

Empoli – Salernitana 2:1
Qol: Kambyaqi, 38. Kaputo, 63 – Pyontek, 85.

Udineze – Sampdoriya 2:0
Qol: Pereyra, 9. Masina, 34.

Sassuolo – Bolonya 1:1
Qol: Berardi, 15 – N.Dominqes, 42.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"