8 may 2026. Cümə

Mourinyo: "Azarkeşlərə sevinc bəxş etmək istəyirəm"


Mourinyo: "Azarkeşlərə sevinc bəxş etmək istəyirəm"

"Futbolçular meydanda bütün güclərini qoydular. Bu, mənim komandamdır".

 

Corner.az xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının yarımfinalının "Bayer"lə cavab matçından sonra mətbuat konfransında deyib.

 

İlk görüşdə Almaniya klubuna qalib gələn (1:0) "Roma" ötən gecə keçirilən matçda qolsuz heç-heçə ilə finala yüksəlib. Portuqaliyalı mütəxəssis arıdıcıl iki mövsüm avrokubokların finalına çıxmalarını belə şərh edib:

 

"İki ildə iki final hədəfim "Roma"nın tarixini yazmaq deyil. Futbolçulara böyüməkdə və vacib bir iş görməkdə kömək etmək, azarkeşlərə sevinc bəxş etmək istəyirəm. Final bizim üçün böyük sevincdir".

 

Qeyd edəl lo, "Roma" finalda "Sevilya" ilə üz-üzə gələcək. Oyun mayın 31-də keçiriləcək.







İtaliya S.A.

De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə