30 yanvar 2026. Cümə

“Napoli” yeni baş məşqçisini seçdi


“Napoli” yeni baş məşqçisini seçdi
Can Pyero Qasperini yayda “Napoli”nin baş məşqçisi təyin oluna bilər.

Corner.az xəbər verir ki, neapolluların prezidenti Aurelio De Laurentis onu bu posta ən layiqli namizəd hesab edir.
 
Luçano Spalletti istefa verəcəyi təqdirdə, “Napoli” rəhbərliyi “Atalanta”nın çalışdırıcısına təklif göndərəcək. 65 yaşlı mütəxəssis razılıq versə, İtaliya çempionu ilə 2 illik müqavilə imzalayacaq və illik maaşı 4 milyon avro olacaq. Qasperi bu addımı atsa, “Atalanta”da onu yetirməsi İvan Yuriç əvəzləyəcək.
 
Qeyd edək ki, “Napoli” 33 ildən sonra A seriyasının qalibi olsa da, baş məşqçi Luçano Spallettinin prezident Aurelio De Laurentislə yola getmədiyi üçün istefa verəcəyi iddia edilir.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”