30 iyun 2026. Çərşənbə axşamı

Vlahoviçlə bağlı qərar açıqlandı


Vlahoviçlə bağlı qərar açıqlandı
“Yuventus”un maliyyə direktoru Françesko Kalvo hücumçu Duşan Vlahoviçlə bağlı qərarlarını açıqlayıb.

Corner.az xəbər verir ki, o, ulduz futbolçunu yayda satmaq fikrində olmadıqlarını bildirib:
 
“Şayiələrə nəzarət etmək mümkün deyil. Transfer bazarı hələ açılmayıb və Duşan da satılmır. Biz onun məsələyə münasibətindən razıyıq”.
 
Daha əvvəl forvardın meneceri “Çelsi”, “Bavariya” və “Atletiko”nun futbolçu ilə maraqlandığını bildirib.
 
Qeyd edək ki, Vlahoviç “Yuventus”a ötən ilin yanvarında “Fiorentina”dan keçib. Hücumçu bu mövsüm 42 oyunda 14 qol vurub, 4 məhsuldar ötürmə verib.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı