22 iyul 2026. Çərşənbə

“Yuventus” “Milan”a doğma meydanda uduzdu


“Yuventus” “Milan”a doğma meydanda uduzdu

İtaliya A Seriyasında 37-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Verona” - “Empoli” və “Bolonya” - “Napoli” matçlarında qalib müəyyənləşməyib. “Montsa” evdə “Leççe”yə minimal hesabla uduzub. “Latsio” isə “Kremoneze” üzərində çətin qələbə qazanıb. “Yuventus” da “Milan”la ev oyununda  məğlub olub. Milanlılar bu qələbə sayəsində Çempionlar Liqasına vəsiqəni təmin ediblər.

Hazırda “Napoli” 87 xalla vahid liderdir. “Latsio” 71 xalla ikinci, “İnter” 69 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 67, “Atalanta”nın 61, “Roma”nın 60, “Yuventus”un 59 xalı var.

İtaliya A Seriyası
37-ci tur
26 may

Sampdoriya – Sassuolo 2:2
Qol: Qabbyadini, 8. Erliç, 78-öz qapısına - Berardi, 9. M.Enrike, 11.

27 may

Salernitana – Udineze 3:2
Qol: Kastanos, 43. Kandreva, 57. Trost-Ekonq, 90+6 – Zeqelar, 25. Nesterovski, 30.

Spetsiya – Torino 0:4
Qol: Vişnevski, 24-öz qapısına. Riççi, 72. İliç, 76. Karamo, 90+6.

Fiorentina – Roma 2:1
Qol: Yoviç, 85. İkone, 88 – El Şaaravi, 11.

İnter – Atalanta 3:2
Qol: Lukaku, 1. Barella, 3. L.Martines, 77 – Paşaliç, 36. Muriel, 90+1.

28 may

Verona – Empoli 1:1
Qol: Qaiç, 61 – Maqnani, 90+6-öz qapısına.

Bolonya – Napoli 2:2
Qol: Ferquson, 63. De Silvestri, 84 – Osimhen, 14; 54.

Montsa – Leççe 0:1
Qol: Kolombo, 90+11-pen.

Latsio – Kremoneze 3:2
Qol: Hüsay, 4. Milinkoviç-Saviç, 37; 89 – Qaldames, 54. Latsari, 58-öz qapısına.

Yuventus – Milan 0:1
Qol: Jiru, 40.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər