30 iyun 2026. Çərşənbə axşamı

Mahir Emrelinin komandası uduzdu


Mahir Emrelinin komandası uduzdu

Bu gün Türkiyə superliqasında növbəti turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 46-cı dəqiqədə əvəzlənib. "Sivasspor"un yeganə qolunu 17-ci dəqiqədə Leke Xames vurub.

34 oyundan 49 xalı olan “Konyaspor” 7-ci yeri tutur. Onun rəqibi “Sivasspor” isə 35 görüşdən 40 xalla 12-cidir.

Qeyd edək ki, qışda “Konyaspor”a keçən Emreli bu mövsüm 9 oyunda meydana çıxıb, 1 qol vurub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı