30 iyun 2026. Çərşənbə axşamı

"Real"ın müdafiəçisinə İtaliya nəhəngindən təklif


"Real"ın müdafiəçisinə İtaliya nəhəngindən təklif

"Real Madrid"in müdafiəçisi Naço Fernandes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Corner.az xəbər verir ki, məlumatı " El Larguero" yayıb.

Xəbərə görə, onun xidmətində "İnter" maraqlıdır. Mənbə "qara-göylər"in Naçoya 3 illik müqavilə, start "11-lik"də yer və "Real"da qazandığından daha çox əməkhaqqı təklif etdiyini vurğulayıb. Sözügedən futbolçunun PSJ-yə keçəcəyi gözlənilən Milan Şkrinyarın yerini tutmaq üçün heyətə cəlb ediləcəyi bildirilib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Naço cari mövsüm La Liqada 26 matç keçirib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı