"Milan"ın rəhbərliyi Zlatan İbrahimoviçə klubda vəzifə vermək istəyir.
Corner.az xəbər verir ki, klubun sahibi Cerri Kardinale əmindir ki, isveçli sabiq oyunçu klubda menecer vəzifəsi üçün mükəmməl seçimdir və o, futbolçularla rəhbərlik arasında körpü rolunu oynayacaq.
Zlatanın vəzifələrinə paltardəyişmə otağında sağlam atmosferi qorumaq və oyunçuları motivasiya etmək daxil olacaq. Həmçinin, onun vasitəsilə komanda rəhbərliklə daimi əlaqə saxlaya biləcək. Ancaq İbrahimoviçin klubun təklifini qəbul etmə şansı az olduğu vurğulanıb. Çünki sabiq hücumçu bütün yayı istirahətdə keçirəcəyini bildirmişdi.
Müqavilə uğursuz olarsa, rəhbərlik bu işin öhdəsindən gələ biləcək və kluba yaxından bağlı olan birini axtarmağa davam edəcək.
Xatırladaq ki, İbrahimoviç 2022/2023 mövsümü başa çatdıqdan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb. O, 2011-2012, 2020-2023-cü illərdə "Milan"da oynayıb.