23 oktyabr 2024. Çərşənbə

"Milan"ın 15 yaşlı futbolçusu A seriyasında rekord qırdı

İtaliya çempionatının XIII turunda “Fiorentina” - “Milan” oyunu birincilərin 15 yaşlı (15 yaş 260 günlük) futbolçusu Françesko Kamarda üçün əlamətdar olub.


"Milan"ın 15 yaşlı futbolçusu A seriyasında rekord qırdı

İtaliya çempionatının XIII turunda “Fiorentina” - “Milan” oyunu birincilərin 15 yaşlı (15 yaş 260 günlük) futbolçusu Françesko Kamarda üçün əlamətdar olub.

90deqiqe.az-ın məlumatına görə, 1:0 hesablı oyunun 83-cü dəqiqəsində debüt edən gənc hücumçu İtaliya çempionatında rekorda imza atıb.

Bundan əvvəl rekord 15 yaş 274 günündə "Genoa" ilə matçda "Bolonya"nın müdafiəçisi Uisdom Ameyə məxsus idi.

"Milan"da hücumameyilli oyunçuların zədələri və diskvalifikasiyaları səbəbindən komandanın baş məşqçisi Stefano Pioli hücumun mərkəzində ancaq Luka Yoviçə arxalana bilib. Elə buna görə də 15 yaşlı Kamarda əsas komandaya çağırılıb.

Yeniyetmələr səviyyəsində italiyalı 89 oyunda 485 qol vurub. Kamarda bu yay gənclər komandasından "Milan"ın U19-na keçib. Keçirdiyi 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"