23 noyabr 2024. Şənbə

Joze Mourinyo prokurorluqda izahat verdi

“Roma”nın baş məşqçisi Jose Mourinyo İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğunun nümayəndələri ilə baş tutan görüşü barədə danışıb.


Joze Mourinyo prokurorluqda izahat verdi

“Roma”nın baş məşqçisi Jose Mourinyo İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğunun nümayəndələri ilə baş tutan görüşü barədə danışıb.

90deqiqe.az “Sport.es”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis hakimi təhqir etmədiyini bildirib 

“İdman ədalətindən ədalət gözləyirəm. Sevindim ki, prokuror mənə izahat vermək imkanı verdi. Prokurorla razılaşdım ki, məşqçi matçdan əvvəl hakimlər haqda danışmamalıdır. Amma heç vaxt Marçenaronu təhqir etməmişəm (“Sassuolo” – “Roma” matçının baş hakimi) və onun hakim kimi keyfiyyətinə heç vaxt şübhə etməmişəm.

“Onun emosional sabitliyi yoxdur” ifadəsini işlətmək mənə normal görünür və hətta bəzən özüm haqda da belə deyirəm. Ola bilsin ki, məni səhv başa düşüblər”

Qeyd edək ki, portuqaliyalı mütəxəssis “Sassuolo”ya 2:1 hesabı ilə uduzduqları oyunun baş hakimini “emosional cəhətdən qeyri-sabit” adlandırmışdı. “Roma” 14 turdan sonra 24 xal toplayıb və dördüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi