- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus"un və İtaliya millisinin sabiq futbolçusu Giorgio Kyellini karyerasını başa vurub.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 39 yaşlı müdafiəçi qərarını bu gün açıqlayıb.
Qeyd edək ki, Kyellininin sonuncu klubu 2022-ci ilin yayından çıxış etdiyi "Los Anceles" olub. MLS klubunda 45 oyuna çıxıb və 1 qol vurub.
Kyellini "Yuventus"la 9 qat İtaliya çempionu və 2020-ci ilin Avropa çempionudur. O, Turin klubunda 561 oyun keçirib və 36 qol vurub. O, millinin heyətində 117 oyun keçirib və 8 qol vurub.