- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliyanın “Napoli” klubunun əfsanəvi kapitanı Antonio Culiano 80 yaşında vəfat edib.
90deqiqe.az xəbər verir ki, bu barədə onun bir vaxtlar çıxış etdiyi Neapol təmsilçisi məlumat yayıb:
“Bu, klubmuzun və azarkeşlərinin tarixində ən pis günlərdən biridir. İyirmi il “Napoli”də çıxış edən Antonio İuliano vəfat edib. Əlvida”.
Antonio Culiano 1961-1978-ci illərdə “Napoli”nin heyətində 505 oyuna çıxıb və 12 mövsüm kapitan sarğısını daşıyıb. O, bu komanda ilə iki dəfə İtaliya Kubokunun, bir dəfə isə Alp Kuboku və İtaliya-İngiltərə Kubokunun qalibi adını qazanıb. İtaliya millisində 18 oyun keçirmiş Culiano 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə dünya ikincisi olub.