- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliya Futbol Federasiyası (FIGC) Avropa Məhkəməsinin Avropa Superliqası və UEFA ilə bağlı qərarına aid açıqlama verib.
90deqiqe.az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumatda bunlar qeyd olunur:
“Avropa İttifaqının Ədalət Məhkəməsinin qondarma “Super Liqa” işi üzrə qərarından sonra İtaliya Futbol Federasiyası UEFA və FİFA-nın əsas qurumları ilə əlaqəsini tam olaraq tanıyaraq, milli çempionatları qorumaq, idman ləyaqətinin və beynəlxalq təqvimlərə hörmətin daha geniş və ümumi prinsip kimi qəbul edir.
Yekun olaraq FIGC hesab edir ki, Super Liqa bu şərtlərə uyğun layihə deyil və İtaliya futbolunun ümumi maraqlarından kənardır”.
Qeyd edək ki, Avropa məhkəməsi FİFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən hərəkətlərini qanunsuz kimi tanıyıb.