15 may 2026. Cümə

Fabreqas buna görə vəzifəsindən ayrılır

“Komo” klubunun baş məşqçisi Sesk Fabreqas tutduğu vəzifədən ayrılacaq.


Fabreqas buna görə vəzifəsindən ayrılır

“Komo” klubunun baş məşqçisi Sesk Fabreqas tutduğu vəzifədən ayrılacaq.

90deqiqe.az xəbər verir ki, ispaniyalı mütəxəssis B seriyasının XVIII turunda sabah “Palermo” ilə keçiriləcək görüşdən sonra tərk edəcək.

Artıq komandanın yeni baş məşqçisi də bəllidir. Belə ki, adıçəkilən komandanın sükanı arxasına Osian Roberts keçəcək. “Kristal Pelas” və Uels millisinin keçmiş köməkçisi mövsümün sonuna kimi bu vəzifədə qalacaq.Fabreqas isə “Komo”nun məşqçilər korpusunda qalacaq.

36 yaşlı çalışdırıcının işləməyə davam etməsi üçün lazımi məşqçilik sertifikatı yoxdu. O, İtaliya Futbol Federasiyasından (FIGC) müvəqqəti icazə almışdı və dekabrın 24-də həmin müddət bitəcək.

Qeyd edək ki, Sesk Fabreqas noyabrın 13-də “Komo”nun baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 5 görüşün 4-də qələbə qazanıb, 1 dəfə məğlub olub. “Komo” hazırda B seriyasında üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi