30 iyun 2026. Çərşənbə axşamı

İrqçilik italyan vərdişinə çevrilib - Ranyeri

“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 17-ci turunun “Verona” ilə səfər oyununda (2:0) rəqib azarkeşlərin komandasının afrikalı yarımmüdafiəçisi Antoni Makumbuya qarşı irqçi şüarlara yol verməsindən narazılığını bildirib.

90deqiqe.az DAZN-a istinadən xəbər verir ki, o, bu irqçi şüarlara görə təəssüfləndiyini deyib:

“Təəssüf ki, italyan vərdişinə çevrilən belə şüarları eşitmək çox üzücüdür. Bunun qarşısını almağa cavabdeh olanlar bununla nəsə etməlidirlər. İnsanların hələ də dərilərinin rənginə görə bir-birlərini təhqir etmələri dəhşətdir”.

Xatırladaq ki, Ranyerinin komandası İtaliya A Seriyasında 17 turdan sonra 13 xalla hazırda 18-ci yerdədir.

İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı