17 iyul 2026. Cümə

Spalettidən Superliqa ideyası ilə bağlı açıqlama

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avropa Superliqası ideyasına münasibət bildirib.


Spalettidən Superliqa ideyası ilə bağlı açıqlama

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avropa Superliqası ideyasına münasibət bildirib.

90deqiqe.az “Tuttosport”a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı bunu belə şərh edib.

“Keçmişin xoş əks-sədasını, tarlanın qoxusunu, insanların milli bayraq ətrafında bayram etmə ənənəsini, Davud Qolyatı məğlub edəndə itiririk.

Belə görünür ki, qaydaları ancaq güclü adamlar yaza bilər. Kimsə öz futbol ideyasını tətbiq etmək istəyir… Amma başa düşmürlər: nə qədər ki, bir top və iki qapı var, insanlar sevdikləri ənənəvi futbolu seçəcəklər”

Xatırladaq ki, Superliqaya müsbət yanaşan yeganə İtaliya təmsilçisi “Napoli” klubudur. Hazırda Superliqanın iştirakçıları siyahısında yalnız İspaniyanın “Barselona” və “Real Madrid” klubları yer alıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər