16 iyul 2026. Cümə axşamı

A seriyasında komandaların sayı azalacaq?


A seriyasında komandaların sayı azalacaq?

İtaliya A seriyasında komandaların sayı dəyişdirilə bilər.

90deqiqe.az xəbər verir ki, A seriyasında iştirak edən klublar və liqanın prezidenti Lorenso Kazini arasında qeyri-rəsmi danışıqlara start verilib.

İtaliyanın aparıcı klubları ölkə çempionatındakı komanda sayının 20-dən 18-ə endirilməsini istəyir. Növbəti mövsümdən avrokubokların formatının dəyişdirilməsini əsas gətirən klublar oyun sayının artacağını, təqvimin daha da sıx olacağından narazıdır. Onlar komanda sayının azalmasını zəruri sayır.

Bəzi klublar oyun sayı ilə gəlirlərinin də azalacağından ehtiyatlanır. A seriyasında qalmaq uğrunda mübarizə aparan klublar isə say dəyişikliyinin əleyhinədir.

Qeyd edək ki, bu yeniliyin tətbiqi üçün 20 klubdan 14-nün razılığı zəruridir.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər