18 mart 2026. Çərşənbə

Mourinyo ilə bağlı fikirlərini dəyişdilər

“Roma” rəhbərliyi İtaliya kubokunun 1/4 finalında “Latsio”ya məğlubiyyətdən sonra baş məşqçi Joze Mourinyo ilə müqavilənin uzadılmasının məqsədəuyğunluğuna şübhə etməyə başlayıb.

90deqiqe.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis paytaxt klubunda ən çətin dövrlərdən birini yaşayır.

“Roma” A Seriyasında keçirdiyi son beş matçda bir qələbə qazanıb. Sabah 20-ci turun matçında romalılar səfərdə "Milan"la qarşılaşacaq. Qeyd olunur ki, Giallarosi sahibləri 60 yaşlı mütəxəssislə müqavilə ilə bağlı danışmayıblar.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə Konfrans Liqasında "Roma"nı qələbəyə aparıb. İtaliya çempionatında 19  turdan sonra romalılar 29 xalla 8-ci yerdədir.

İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə