5 may 2026. Çərşənbə axşamı

Dibala Mourinyonun qovulmasını şərh etdi

"Roma"nın hücumçusu Paulo Dibala Joze Mourinyonun komandanın baş məşqçisi postundan qovulmasından danışıb. 


Dibala Mourinyonun qovulmasını şərh etdi

"Roma"nın hücumçusu Paulo Dibala Joze Mourinyonun komandanın baş məşqçisi postundan qovulmasından danışıb. 

90deqiqe.az xəbər verir ki,  argentinalı forvard sosial şəbəkə hesabındakı paylaşımında təcrübəli mütəxəssisə təşəkkür edib.

“Təşəkkür edirəm, cənab, hər şey üçün təşəkkür edirəm! Sizinlə işləmək çox xoş idi. Məsləhətinizə və mənə verdiyiniz hər göstərişə görə təşəkkür edirəm. Sizə və köməkçilərinizə uğurlar arzulayıram. Ümid edirəm ki, tezliklə görüşərik” - deyə, 30 yaşlı futbolçu yazıb.

Hazırda "Roma" İtaliya çempionatının turnir cədvəlində cəmi 9-cu yerdədir. Roma komandası 20 turdan sonra 29 xal toplayıb. 

Xatırladaq ki, portuqaliyalı mütəxəssis bu gün “Roma”dan ayrılıb. Bu posta klubun əfsanəsi Daniele De Rossi gətirilib.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə
“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi