- İtaliya S.A.
- 18:40 09.12.2024
Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello Joze Mourinyonun İtaliya “Roma”sından qovulmasına münasibət bildirib.
90deqiqe.az "SportItalia"a istinadən xəbər verir ki, 77 yaşlı mütəxəssis portuqaliyalı çalışdırıcının qovulmasını ona qarşı hörmətsizlik olması ilə əlaqələndirib.
“Onlar hörmətsizdirlər. Biz əvvəllər Maldininin telefon danışığı ilə işdən çıxarıldığını görmüşdük və indi də Triqoriyada olan Mourinyoya da eyni şeyi etdilər, ona artıq məsul olmadığı bildirildi.Hiss edirəm ki, Mourinyoya layiq olmayan biri kimi rəftar edilib, bu, təkcə Avropa futboluna deyil, dünya futboluna çox şeylər bəxş etmiş bir məşqçiyə qarşı çox hörmətsizlikdir. Bu yanlış münasibətdir və mən bunu qəbul etmirəm.Rusiyada olanda mənim də başıma belə bir şey gəldi. Avstriya millisi ilə oyunda uduzduqdan sonra hava limanına yollanırdım. Mənə zəng edib dedilər ki, bitdi. Düşünürəm ki, belə situasiyalarda sahiblərlə onların məşqçisi arasında münasibətdə fərqli bir şey olmalıdır”
Xatırladaq ki, "Roma"nın baş məşqçisi postuna sabiq yarımmüdafiəçisi Daniele De Rossi gətirilib.
Fabio Kapello 2012-ci ilin yayından 2015-ci ilin yayına kimi Rusiya millisinə rəhbərlik edib. İtaliyalı mütəxəssis üçün son oyun Avstriya millisi ilə 2016-cı il Avropa çempionatının seçmə oyunu olub (0:1).