- İtaliya S.A.
- 15:41 21.11.2024
"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes dünən qovulan baş məşqçi Joze Mourinyo ilə sosial şəbəkələr vasitəsilə vidalaşıb.
90deqiqe.az xəbər verir ki, 29 yaşlı futbolçu təcrübəli çalışdırıcıya öyrətdiyi hər şey üçün təşəkkür edib.
“Cənab, hər şey üçün təşəkkür edirəm. Sizdən öyrənmək çox xoş idi. Sənə ən yaxşısını arzu edirəm. Sonra görüşərik, boss”
Xatırladaq ki, Mourinyo 2021-ci ildən Roma komandasının baş məşqçisi vəzifəsində çalışır. Portuqalların rəhbərliyi altında "canavarlar" Konfrans Liqasının qalibi olub. Daniele de Rossi "Roma"nın yeni baş məşqçisi təyin olunub. 20 turdan sonra Roma komandası A Seriyasının turnir cədvəlində cəmi 9-cu yeri tutur.
Argentinalı futbolçunun isə paytaxt klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.O, bu mövsüm Seriya A təmsilçisinin heyətində 21 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.