18 oktyabr 2024. Cümə

Zirvədə olmaq üçün yarışacağıq - Pulişiç

"Milan"ın vingeri Kristian Pulişiç cari mövsümün ikinci yarısı ilə bağlı fikirlərini bölüşüb.


Zirvədə olmaq üçün yarışacağıq - Pulişiç

"Milan"ın vingeri Kristian Pulişiç cari mövsümün ikinci yarısı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, amerikalı oyunçu "Udineze" matçı öncəsi bunları söyləyib.

"Udineze" ilə oynayacağımız matç çox vacibdir, onlar bizi keçən dəfə məğlub etdilər. Biz hər matça konsentrə olmalı və qələbə qazanmağa davam etməliyik. Əminəm ki, "Udineze" ilə səfərdə işimiz daha da çətin olacaq, amma hazır olmalıyıq. “İnter” və “Yuventus”a yaxın olmalıyıq ki, zirvədə olmaq üçün yarışa bilək və onlarla baş-başa matçlarda qalib gəlməyə çalışaq”. – Pulişiç Serie A rəsmi kanalına müsahibəsində deyib. .

25 yaşlı futbolçunun Seriya A təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. O, "Milan"ın heyətində 26 rəsmi oyunda iştirak edib, 7 qol vurub və altı məhsuldar ötürmə edib.

“Rossonerlər” 20 turdan sonra turnir cədvəlində “Yuventus”dan 7, “İnter”dən 9 xal geri qalaraq üçüncü yeri tutur.







İtaliya S.A.

"Yuventus" Vlahoviçi satmağa hazırdır
  • İtaliya S.A.
  • 13:05 13.10.2024
"Yuventus" Vlahoviçi satmağa hazırdır