15 iyul 2026. Çərşənbə

"Milan"ın qapıçısı irqçiliyə məruz qaldı

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI tur oyununda irqçiliyə məruz qalıb.


"Milan"ın qapıçısı irqçiliyə məruz qaldı

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI tur oyununda irqçiliyə məruz qalıb.

90deqiqe.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb.28 yaşlı qolkiper isə paltardəyişmə otağına yollanıb.

Daha sonra matç bərpa olunub və "Milan" 3:2 hesablı qələbəyə sevinib.

Menyan 2021-ci ildə "Lill"dən  25 milyon avro qarşılığında "Milan"a keçib.Onun hazırkı komandası ilə müqavilə 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.Menyan, bu mövsüm 25 matçda iştirak edib, 31 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlaya bilib.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər