15 iyul 2026. Çərşənbə

"Milan"dan futbolçusuna dəstək

"Milan" klubu  İtaliya çempionatının 21-ci turu çərçivəsində keçirilən “Udineze” – “Milan” matçında qapıçısı Mayk Menyana qarşı irqçi davranışlarını pisləyib.


"Milan"dan futbolçusuna dəstək

"Milan" klubu  İtaliya çempionatının 21-ci turu çərçivəsində keçirilən “Udineze” – “Milan” matçında qapıçısı Mayk Menyana qarşı irqçi davranışlarını pisləyib.

90deqiqe.az-ın məlumatına görə, klubun rəsmi saytındakı açıqlamada bu hadisəyə görə bir gün heç bir paylaşım edilməcəyi bildirilib:

"Udineze matçında baş verən qəbuledilməz hadisələrdən sonra "Milan" bu gün (21 yanvar 2024-cü il) Mayk Menyana dəstək və irqçiliklə mübarizə üçün sosial mediada heç bir məzmun dərc etməmək qərarına gəlib".

Qeyd edək ki, FIFA rəhbəri Canni İnfantino və PSJ-nin forvardı Kilian Mbappe daha əvvəl  Menyana dəstəklə bağlı paylaşım etmişdilər.

Əlavə edək ki, dünən İtaliya çempionatının 21-ci turu çərçivəsində keçirilən “Udineze” – “Milan” matçı qonaqların fransalı qapıçısı Mayk Menyana ünvanlanan irqçi şüarlara görə birinci hissədə dayandırılmışdı. Daha sonra davam edilən görüşdə qonaqlar 3:2 hesablı qələbə qazanmışdı.

Menyan 2021-ci ildə "Lill"dən  25 milyon avro qarşılığında "Milan"a keçib.Onun hazırkı komandası ilə müqavilə 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.Menyan, bu mövsüm 25 matçda iştirak edib, 31 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlaya bilib.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər