14 avqust 2026. Cümə

Milan-da ciddi itki


Milan-da ciddi itki

İtaliyanın Milan klubu ciddi itki ilə üzləşib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, Milan-ın argentinalı yarımmüdafiəçisi Lukas Bilya zədə səbəbindən 4 ay meydanlara çıxmayacaq. Bir müddət öncə Milan-ın məşq prossesində ayaq əzələsindən zədələnən Bilya 8 noyabr tarixində Finlandiyada əməliyyat olunub. Əməliyyatdan öncə onun 1 ay müddətinə sıradan çıxacağı deyilsə də, finlandiyalı həkimlər Bilyanın ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər. 32 yaşlı futbolçu bu mövsüm Milan-ın heyətində 9 oyunda iştirak edib. Xatırladaq ki, Milan-ın növbəti oyunu 11 noyabr tarixində Juventus klubuna qarşı olacaq.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"