27 iyul 2024. Şənbə

Viktor Osimhen gələcək karyerasından danışdı

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerası ilə bağlı gələcək planlarından danışıb.


Viktor Osimhen gələcək karyerasından danışdı

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerası ilə bağlı gələcək planlarından danışıb.

90deqiqe.az xəbər verir ki, nigeriyalı futbolçu bu mövsümün sonunda İtaliya klubunu tərk edə biləcəyinə eyham vurub.

"Mövsümün sonunda növbəti addımın nə olacağına artıq qərar vermişəm. Hər şeyə özüm qərar vermişəm. Bir planım var, nə etmək istədiyimi dəqiq bilirəm, bundan sonra hansı addımı atmaq istədiyimi də bilirəm"

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Bu mövsüm forvard partenopeylilərin heyətində bütün turnirlərdə 18 oyunda iştirak edib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçu bu yaxınlarda neapollular ilə müqaviləsini 2026-cı ilin iyunun sonuna kimi uzadıb. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.







İtaliya S.A.

Poqba gələcəyi haqda danışıb
  • İtaliya S.A.
  • 23:55 25.07.2024
Poqba gələcəyi haqda danışıb
"Yuventus" onunla yollarını ayırdı
  • İtaliya S.A.
  • 22:06 18.07.2024
"Yuventus" onunla yollarını ayırdı