5 may 2026. Çərşənbə axşamı

"Roma" iranlı futbolçu ilə bağlı qərarını verdi

İcarə əsasında "Roma"da çıxış edən hücumçu Serdar Azmun bu mövsümün sonuna qədər paytaxt klubunda çıxış edəcək.


 "Roma" iranlı futbolçu ilə bağlı qərarını verdi

İcarə əsasında "Roma"da çıxış edən hücumçu Serdar Azmun bu mövsümün sonuna qədər paytaxt klubunda çıxış edəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O, romalıların rəhbərliyi və xüsusən də komandanın baş məşqçisi Daniele De Rossi 29 yaşlı forvardın icarəsini vaxtından əvvəl başa vurmaqda maraqlı olmadığını qeyd edib. “Roma”nın çalışdırıcısı müqavilə ilə "Bayer Leverkuzen"ə məxsus olan iranlı hücumçunu komandanın önəmli oyunçularından biri hesab edir.

Bu mövsüm Azmun "Roma"nın heyətində bütün turnirlərdə 15 yarımçıq oyun keçirib və bir qol və bir məhsuldar ötürmə edib. Futbolçunun Bayer ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.







İtaliya S.A.

“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”
“Latsio”dan inamlı qələbə
  • İtaliya S.A.
  • 22:41 04.05.2026
“Latsio”dan inamlı qələbə
“Yuventus” evdə xal itirdi
  • İtaliya S.A.
  • 22:16 03.05.2026
“Yuventus” evdə xal itirdi