- İtaliya S.A.
- 15:41 21.11.2024
"İnter"in hücumçusu Lautaro Martinezin agenti Alejandro Kamano müştərisinin müqaviləsi ilə bağlı mövcud vəziyyət barədə danışıb.
90deqiqe.az xəbər verir ki, o, argentinalı futbolçu üçün yeni müqaviləsi üçün "İnter"lə hələ də razılaşa bilmədiklərini və rəhbərliklə yeni danışıqlara başlayacağını bildirib.
“Lautaro çox yüksək səviyyədə oynayır. Razılığa gəlmək asan deyil, bir çox aspektləri müzakirə etmək lazımdır. Bu günə kimi “İnter”lə hələ də razılığa gələ bilməmişik. Bununla belə, biz sakitliyimizi qoruyuruq və klub rəhbərliyi ilə yeni danışıqlara hazırlaşırıq. Hələ çox vaxtımız var. Bu gün Lautaro bütün diqqətini A Seriyasında və Çempionlar Liqasında uğur qazanmağa yönəldib”
Xatırladaq ki, argentinalı 2018-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm hücumçu "neradzurri"nin heyətində bütün rəsmi turnirlərdə 26 oyunda iştirak edib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.