- İtaliya S.A.
- 15:41 21.11.2024
"Napoli"nin prezidenti Aurelio De Laurentis komadanın yarımmüdafiəçisi Piotr Zielinskinin bu mövsümün sonunda "İnter"ə keçəcəyini bildirib.
90deqiqe.az “Football Italia”ya istinadən xəbər verir ki, funksioner, 29 yaşlı futbolçunun Milan təmsilçisinə transferində agentini günahlandırıb.
"Peter əla oğlan və çox yaxşı oyunçudur. Əgər o, bizimlə qalmaq istəyirsə, onu qucaqlayıb yolumuza davam edərik. Amma getmək istəyirsə, ona görədir ki, onun pul iyini alan agenti var və artıq latteyə ləzzətli peçenyeləri necə batıracağını təsəvvür edir. O, oğlanı və ailəsini Napolidən ayrılmağa inandırdı. Onu getməyə razı salan da məhz o olub. Bir şeyi deyə bilərəm: Zielinskiyə "İnter"də alacağından daha çox maaş verirəm".
Xatırladaq ki, Polşa millisinin futbolçusu daha əvvəl “Napoli”nin müqavilənin uzadılması təklifini rədd etmişdi. Neapolluların Zielinskiyə 5 milyon avro maaş təklif etdiyi bildirilir (“İnter” də yarımmüdafiəçiyə mövsümdə cəmi 4,5 milyon avro ödəməyə hazırdır). Buna baxmayaraq, polyak qərarını dəyişməyib.
Əlavə edək ki, Zielinskinin neapollularla müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub. 2016-cı ildə "Udineze"dən "Napoli"yə keçən Piotr bu mövsüm komandanın heyətində 25 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.