30 sentyabr 2026. Çərşənbə

Andrea Belotti rəsmən "Fiorentina"da - RƏSMİ

"Roma"nın və İtaliya millisinin hücumçusu Andrea Belotti A Seriyasının digər klubu "Fiorentina"ya keçidi rəsmiləşib.


Andrea Belotti rəsmən "Fiorentina"da - RƏSMİ

"Roma"nın və İtaliya millisinin hücumçusu Andrea Belotti A Seriyasının digər klubu "Fiorentina"ya keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Florensiya klubu, 30 yaşlı forvardı bu mövsümün sonuna kimi icarəyə götürüb.

Belotti 2022-ci ildən "Roma"da çıxış edir. Təcrübəli hücumçu bu mövsüm romalıların heyətində bütün turnirlərdə 22 oyun keçirib və 6 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 6 milyon avrodur.

Hazırda "Fiorentina" İtaliya çempionatının turnir cədvəlində yeddinci yerdədir. Bənövşəyilər 21 turdan sonra 34 xal toplayıb. Komanda Çempionlar Liqası zonasından cəmi iki xal geri qalır.







İtaliya S.A.