23 oktyabr 2024. Çərşənbə

"Napoli"nin prezidenti Zielinskinin gələcəyindən danışdı


"Napoli"nin prezidenti Zielinskinin gələcəyindən danışdı

"Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın yarımmüdafiəçisi Piotr Zielinskinin bu mövsüm Çempionlar Liqası matçlarında yer almaması ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, funksioner, buna səbəb polşalının komandadan ayrılmağa qərar verməsi olduğunu bildirib.

“Bu böyük insana və top oyunçuya qarşı heç bir düşmənçiliyimiz yoxdur, lakin o, klubu tərk etmək qərarına gəlib.Biz planlaşdırıb qərar verməliyik ki, son nəticədə ərizəyə kimi daxil edəcəyik."

Daha əvvəl Zielinskinin "Napoli" ilə yeni müqavilə imzalamaqdan imtina etdiyi bildirilirdi. Bu mövsüm başa çatdıqdan sonra yarımmüdafiəçi karyerasını "İnter"də davam etdirəcək.

Əlavə edək ki, Zielinskinin neapollularla müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub. 2016-cı ildə "Udineze"dən "Napoli"yə keçən Piotr bu mövsüm komandanın heyətində 26 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"