- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus"un keçmiş icraçı direktoru Cüzeppe Marotta klubdan ayrılma səbəbləri ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funksioner eyni zamanda hücumçu Kriştiano Ronaldonu komandaya dəvət etmək istəmədiyini etiraf edib.
"Deyə bilərəm ki, “Yuventus”da on gözəl il keçirmişəm, lakin sahiblər fərqli inkişaf strategiyası qəbul etdikdə, menecer kənara çəkilməli olur.Klubun istəklərinə hörmət etmək lazım idi. Ronaldonun transferi ilə tam razı deyildim. Mən bu futbolçunun səviyyəsi ilə mübahisə etmirəm, amma müqavilə maliyyə baxımından çətin idi. Bölünməyə səbəb olan amil deyildi; dövr başa çatdı və biz dəyişməli olduq."
Hazırda Marotta “İnter”in baş direktoru vəzifəsində çalışır, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir.