18 mart 2026. Çərşənbə

"Milan"ın ulduzu kumirini açıqladı

"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leau karyerasında bənzəmək istədiyi futbolçular haqqında danışıb.


"Milan"ın ulduzu kumirini açıqladı

"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leau karyerasında bənzəmək istədiyi futbolçular haqqında danışıb.

90deqiqe.az xəbər verir ki, o, jurnalist Alfredo Pedullaya müsahibəsində kumirinin adını da açıqlayıb. 

"Kriştiano Ronaldo? Təbii ki, o mənim üçün kumirdir. Amma uşaqlıqdan gözlədiyim yeganə insanlar valideynlərimdir”

Leau 2019-cu ildən "Milan"da çıxış edir. Bu mövsüm cinah yarımmüdafiəçisi "rossonerilər"in heyətində bütün yarışlarda 26 oyun keçirib və 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 90 milyon avrodur.

"Milan" hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Piolinin komandası 22 turda 46 xal toplayıb. Komandanın lider “İnter”dən fərqi 8 xaldır. “Rossoneri” qrupda üçüncü yeri tutaraq Çempionlar Liqasından da kənarlaşdırılıb.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə