23 noyabr 2024. Şənbə

Səudiyyəli investorlar “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər

Səudiyyə Ərəbistanından olan investorlar İtaliyanın “Roma”larını almaq istəyirlər.


Səudiyyəli investorlar “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər

Səudiyyə Ərəbistanından olan investorlar İtaliyanın “Roma”larını almaq istəyirlər.

90deqiqe.az “La Repubblica”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb, Roma klubunun hüquq departamentinin rəhbəri Ər-Riyaddadır.

Səudiyyəli investorlar klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arena layihəsi Roma hakimiyyətinin təsdiqini tələb edir.

Qeyd edək ki, “Roma”nın potensial sahiblərindən biri “Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.

Xatırladaq ki, ötən yay romalıların sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi.

Cari mövsüm A Seriyasında 23 turdan sonra "Roma" 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Klub avrokuboklarda da iştirakını davam etdirir. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Daniele De Rossinin komandası Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi