- İtaliya S.A.
- 23:33 04.12.2025
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A seriyasının turnir cədvəlinin lideri "İnter"lə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, çalışdırıcı rəqibin bu il əla mövsüm keçirdiyini bildirib.
"İnter"lə ayaqlaşmaq vacibdir, lakin "neradzurri" belə gözəl mövsüm keçirmək üçün yaradılıb. İki il əvvəl fərqli yol tutmuşduq və əsas məqsədimiz Çempionlar Liqasına qayıtmaqdır. Ardıcıl doqquz titul qazananda biz ən yaxşı idik, qalib gəlmək normal idi. “İnter”lə də belədir, ehtiyatda olan oyunla 60 xal toplamaq əla göstəricidir. Bizim yolumuz başqadır, mən bunu həmişə demişəm. Biz işləməyə davam etməli və sakit olmalıyıq. 53 xal çox şeydir, mən xoşbəxtəm”, – jurnalist Alfredo Pedulla öz saytında Alleqridən sitat gətirir.
Neradzurrilər 23 görüşdən 60 xal toplayıb.
Xatırladaq ki, “Yuventus” ötən gün keçirilən A Seriyasının 24-cü turu çərçivəsində səfərdə “Udineze”yə uduzmuşdu (0:1). Turinlilər üçün bu məğlubiyyət 19 matçlıq məğlubiyyətsizlik seriyasından sonra ardıcıl ikinci olub. İlk görüşdə Alleqrinin yetirmələri "İnter"ə uduzub (0:1). Bu günə olan məlumata görə, "Yuventus" 53 xalla A Seriyasında ikinci yerdədir.