23 oktyabr 2024. Çərşənbə

“Bu, böyük qürur mənbəyidir" - Danilo


“Bu, böyük qürur mənbəyidir" - Danilo

"Yuventus"un müdafiəçisi Danilo Luis da Silva komandanın kapitanlığı ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, braziliyalı oyunçu bunun böyük qürur olduğunu bildirib.

“Bu, böyük qürur mənbəyidir.Bu, böyük ənənələrə malik komandadır.Keçən il vitse-kapitan olduqdan sonra bu mövsüm “Yuventus”un kapitanı oldum. Bu, mənim digər liqa və ölkələrdəki təcrübəmlə, komanda yoldaşlarımla, hakimlərlə ünsiyyət tərzimlə bağlıdır.

Məşqçinin qərarının xüsusilə komanda yoldaşlarım tərəfindən bu qədər yaxşı qarşılanması məni qürurlandırır. Həm də fəxr edirəm ki, hətta öz bayrağını və mədəniyyətini müdafiə edən italiyalı azarkeşlər də tez-tez məni salamlayır və həmişə “Yuventus”u və onun rənglərini müdafiə etdiyim üçün mənə təşəkkür edirlər. Mən özümü klubun, şəhərin və onun adət-ənənələrinin bir hissəsi kimi hiss edirəm”, - Calciomercato.com Danilodan sitat gətirir.

Danilo 2019-cu ilin avqustunda "Mançester Siti"dən "Yuventus"a keçib. Transfer məbləği 37 milyon avro olub.Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt 32 yaşlı braziliyalıya 12 milyon avro qiymət qoyub.

Bu mövsüm Danilo 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"