30 iyun 2026. Çərşənbə axşamı

Martinez "İnter"də qalacaq? - özü açıqladı

"İnter"in hücumçusu Lautaro Martinez komanda ilə mümkün müqavilənin uzadılması haqda danışıb.


Martinez "İnter"də qalacaq? - özü açıqladı

"İnter"in hücumçusu Lautaro Martinez komanda ilə mümkün müqavilənin uzadılması haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı forvard bununla bağlı danışıqların davam etdiyini bildirib.

“Direktor Marottanın dediyi kimi, biz düzgün yoldayıq, bəzi detalları düzəltmək lazımdır və bu, asan deyil. Ancaq müqaviləmin bitməsinə 2,5 il qalıb, ona görə də tələsmək lazım deyil. Mən narahat deyiləm”, - argentinalının sözlərini “Football Italia” sitat gətirir.

Daha əvvəl "İnter"in baş direktoru Cüzeppe Marotta bildirmişdi ki, klub Lautaro ilə müqaviləni uzadılmasında nikbindir. Funksionerin sözlərinə görə, tərəflər yaxın vaxtlarda yeni əmək müqaviləsi imzalanacaq.

Xatırladaq ki, futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı