- İtaliya S.A.
- 18:40 09.12.2024
"Napoli" yay transfer pəncərəsinin əvvəlində hücumçusu Viktor Osimhenlə yollarını ayırmağı planlaşdırır.
90deqiqe.Az "Football Italia"a istinadən xəbər verir ki, İtaliya klubu rəhbərliyinin belə bir qərarı nigeriyalı forvardın yerinə ən qısa zamanda münasib əvəzləyici tapmaq niyyəti ilə bağlıdır. Komandanın dəyişməsində futbolçunun özü də maraqlı olduğu qeyd edilir.
"Napoli" potensial transferlər kimi Viktor Bonifase ("Bayer"), Coşua Zirkzi ("Bolonya"), Santiaqo Ximenez ("Feyenoord") və Conatan David ("Lill") kimi hücumçuları nəzərdən keçirir.
Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Bu mövsüm hücumçu partenopeylilərin heyətində bütün turnirlərdə 18 oyun keçirib, səkkiz qol və üç məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.