- İtaliya S.A.
- 15:41 21.11.2024
"Roma"nın hücumçusu Paulo Dibala gələcəyi haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatına böyük hörmət bəslədiyini, lakin hələlik klubunu dəyişməyi planlaşdırmadığını etiraf edib.
“Ərəb futbolu son vaxtlar çox böyük irəliləyiş əldə edib. Televiziyada oyunlara baxanda heyran oldum. 2019-cu ildə burada Super Kubokda oynayanda səudiyyəli azarkeşlərdən də təsirləndim. Bu, mənim üçün yeni bir təcrübə idi. Səudiyyə Ərəbistanı çempionatı, MLS kimi çox güclüdür, lakin mən gələcəyimi "Roma"da görürəm”
Dibalanın “Roma” ilə müqaviləsi 2025-ci ilə qədərdir.Bu mövsüm forvard bütün turnirlərdə 23 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.