- İtaliya S.A.
- 15:41 21.11.2024
"Roma"nın hücumçusu Paulo Dibala "Yuventus"da Kriştiano Ronaldo ilə birlikdə oynamasından danışıb.
90deqiqe.Az xəbər verir ki, 30 yaşlı superulduzla birlikdə oynamağın çox gözəl hisslər bağışladığı bildirib.
“Ronaldo ilə oynamaq mənim üçün əla idi. Bu, ondan fədakarlığını və hər şeydən əvvəl daim qalib gəlmək və təkmilləşmək arzusunu öyrənmək fürsəti idi. Səudiyyə Ərəbistanında Kriştiano üçün hər şeyin yaxşı getməsinə təəccüblənmirəm. Messiyə gəlincə, onunla oynamaq mənim uşaqlıq arzum idi. O, ilham mənbəyidir”, - Al Araby Dybalanın sözlərini sitat gətirir.
Qeyd edək ki, 2022-ci ilin sonunda Paulo Dibala Argentina millisinin tərkibində dünya çempionu olub.