- İtaliya S.A.
- 15:41 21.11.2024
“Roma”nın hücumçusu Paulo Dibala hücumçular Lionel Messi və Kriştiano Ronaldo ilə eyni komandada oynamaq fərqlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, həm Ronaldo, həm də Messi ilə birlikdə oynamış 30 yaşlı fubolçu, belə deyib:
“Ronaldo mənə idmana bağlılığı, diqqəti qələbəyə yönəltməyi öyrətdi. Ancaq Messi ilə oynamaq uşaqlıq arzusu idi.
Messi, onu meydanda görmək şanslı olan bizlər üçün daimi ilham mənbəyidir. Dünya çempionatında qələbəni onunla bölüşmək mənim unuda bilməyəcəyim bir sevincdir.
Ronaldo çempiondur. Onunla oynamaq mənim üçün əla idi, amma bu, həm də onun qətiyyətindən və hər şeydən əvvəl onun daimi qələbə və təkmilləşmə istəyindən dərs almağın bir yolu idi. Səudiyyə Ərəbistanında onun üçün hər şeyin yaxşı getməsinə təəccüblənmirəm”, – Calciomercato Dibalanın sözlərindən sitat gətirir.