23 noyabr 2024. Şənbə

"Leau üçün mövsümün ən yaxşı oyunu idi"


"Leau üçün mövsümün ən yaxşı oyunu idi"

"Milan"ın baş məşqçisi Stefano Pioli A Seriyasının 26-cı turunda "Atalanta" ilə oyunda (1:1) komandanın portuqaliyalı cinah oyunçusu Rafael Leaunun çıxışını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, italyan çalışdırıcı, 24 yaşlı forvardın çıxışını mövsümün ən yaxşı oyunu olduğunu bildirib.

“Bu qolu mütləq sensasiya adlandırmaq olar. Leau yaxşı çıxış etdi, hamı bunu hiss etdi. Rafada həmişə belə görkəmli futbolçu olmaq üçün hər şey var. O, belə oyunçu kimi qalmağa çalışmalıdır. Hər şey onun mentalitetindən, inancından irəli gəlir. Bu gün Leau üçün mövsümün ən yaxşı oyunu idi"

Bu mövsüm portuqaliyalı vinger klubda bütün turnirlərdə 32 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Hazırda İtaliya A Seriyasında keçirilən 26 oyundan sonra "Milan" 53 xalla üçüncü pillədə qərarlaşıb.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi