- İtaliya S.A.
- 15:41 21.11.2024
"Yuventus" hücumçusu Duşan Vlahoviç ilə müqaviləsini uzatmağa razılaşıb.
90deqiqqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, son günlər futbolçunun agentləri yeni müqavilə məsələsi ilə bağlı “Yuventus” rəhbərliyi ilə əlaqə saxlayıb. Mövcud müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub və artan maaş bəndini ehtiva edir. Serb əvvəlcə 7,5 milyon avro alıb, indi 10 milyon avro qazanır, gələn mövsüm isə 12 milyon avro alacaq.
Transfermarkt internet portalının məlumatına görə, Vlahoviç 2022-ci ilin yayında 83,5 milyon avroya "Fiorentina"ya keçib.Bu mövsüm serbiyalı hücumçu bütün turnirlərdə 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.