8 sentyabr 2024. Bazar günü

Osimhen ardıcıl altıncı mövsümdür bunu bacarır


Osimhen ardıcıl altıncı mövsümdür bunu bacarır

"Napoli"nin hücumçusu Viktor Osimhen İtaliya A Seriyasının 21-ci turunun "Sassuolo" ilə təxirə salınmış matçında 3 qol vurub.

90deqiqqe.Az xəbər verir ki, nigeriyalı forvard son altı mövsümdə ardıcıl olaraq ölkə çempionatlarında 10 və daha çox qola imza atıb.

Viktor Osimhenin mövsümə görə milli çempionatlardakı çıxışı:

2018/2019 - 19 qol;
2019/2020 - 13 qol;
2020/2021 - 10 qol;
2021/2022 - 14 qol;
2022/2023 - 26 qol;
2023/2024 - 11 qol.

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Afrikalı futbolçu buna qədər Fransanın “Lill” və Belçikanın “Şarlerua” klublarında çıxış edib.

Hücumçu bu mövsüm partenopeylilərin heyətində bütün turnirlərdə 20 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.







İtaliya S.A.

"Qızıl top"a namizəd olmağa layiqəm"
  • İtaliya S.A.
  • 20:25 06.09.2024
"Qızıl top"a namizəd olmağa layiqəm"
"Martines "Real Madrid"də oynaya bilər"
  • İtaliya S.A.
  • 20:10 05.09.2024
"Martines "Real Madrid"də oynaya bilər"
38 yaşında karyerasını bitirdi
  • İtaliya S.A.
  • 23:08 04.09.2024
38 yaşında karyerasını bitirdi
"İnter"in futbolçusu əməliyyat olundu
  • İtaliya S.A.
  • 23:25 02.09.2024
"İnter"in futbolçusu əməliyyat olundu
Pirlo "Sampdoriya"dan qovulub
  • İtaliya S.A.
  • 21:36 29.08.2024
Pirlo "Sampdoriya"dan qovulub