30 iyun 2026. Çərşənbə axşamı

Poqba 4 il müddətinə diskvalifikasiya olundu


Poqba 4 il müddətinə diskvalifikasiya olundu

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinq qəbul etdiyi üçün 4 il müddətinə futboldan uzaqlaşdırılıb

90deqiqqe.Az-ın “La Repubblica”ya istinadən məlumatına görə, antidopinq prokurorluğunun tələbi qəbul edilib.

Bildiyiniz kimi, Pol Poqbanın avqust ayında keçirilən dopinq testində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb. İttiham tərəfi Poqbanın maddənin təsadüfən qəbulu ilə bağlı versiyasına inanmayıb.

Pol Poqba 31 yaşını martın ortalarında qeyd edəcək. Dörd illik diskvalifikasiya fransız futbolçu üçün onun idman karyerasına ciddi zərbədir.

Qeyd edək ki, 2023/2024 mövsümündə Poqba "Yuventus"un cəmi iki matçında iştirak edib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı