23 oktyabr 2024. Çərşənbə

"Milan"ın sahibi İbrahimoviçin klubdakı rolunu AÇIQLADI


"Milan"ın sahibi İbrahimoviçin klubdakı rolunu AÇIQLADI

"Milan"ın sahibi Cerri Kardinale sabiq hücumçu Zlatan İbrahimoviçin klubdakı rolundan danışıb.

90deqiqe.Az xəbər verir ki, funksioner, isveçli sabiq forvardın komandada özünü təmsil etdiyini bildirib.

"İbrahimoviç meydanda mənim adamımdır və o, oyunçular, məşqçilər və rəhbərliklə mənim səsim olmaq səlahiyyətinə malikdir. İbranı yaxından tanımağımız üstünlüklərdən biri idi.

Zlatanla tanış olanda, həqiqətən də, mənə maraqlı gəldi. O, əla komanda oyunçusudur və əgər bir işdə komanda işini həyata keçirə bilsəniz, daha çox şeyə nail ola bilərsiniz. Klub alarkən çoxlu müxtəlif məsləhətçilərə etibar edirsiniz, amma "Milan"ı və Avropa futbolunu Zlatandan yaxşı kim bilir? Dueyn Consondan LeBron Ceymsə, həmçinin Ben Afflek və Mett Deymon kimi onun kimi insanlarla əməkdaşlıq təcrübəmiz var. Eyni şeyi Zlatanda da görürəm."







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"