14 iyul 2026. Çərşənbə axşamı

"Roma"dan səfərdə darmadağın


"Roma"dan səfərdə darmadağın

İtaliya A Seriyasının 27-ci turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, "Roma" bu tur çərçivəsində səfərdə "Monza"nın qonağı olub. Görüş qonaqların darmadağınlı qələbəsi ilə yekunlaşıb (1:4).

38-ci dəqiqədə Lorenzo Pelleqrini romalıları hesabda önə keçirib. 42-ci dəqiqədə Romelu Lukaku dubl edib. 63-cü dəqiqədə Paulo Dibala hesabı daha da artırıb. Leandro Paredes 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək 4-cü qolu vurdu. 87-ci görüşdə meydan sahibləri oyunun yeganə qolunu vurdular - Andrea Karboni fərqləndi.

"Monza" İtaliya çempionatında 36 xalla 11-ci yerdədir. “Roma” 47 xalla 5-ci pillədə qərarlaşıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər