14 iyul 2026. Çərşənbə axşamı

"İnter" Simone İnzaqi ilə bağlı qərarını verdi


"İnter"  Simone İnzaqi ilə bağlı qərarını verdi

"İnter" rəhbərliyi  baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, "neradzurri" italiyalı çalışdırıcı ilə əmək müqaviləsini 2027-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalamaq niyyətindədir

Təcrübəli mütəxəssisin yeni müqaviləsində onun maaşının artırılması nəzərdə tutulub.

Xatırladaq ki, İnzaqinin hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir.

47 yaşlı çalışdırıcı 2021-ci ilin yayında "İnter"i çalışdıracaq. Onun rəhbərliyi altında Milan klubu iki dəfə İtaliya kubokunu və üç dəfə İtaliya Superkubokunu qazanıb. Ötən mövsüm də İnzaqi "İnter"i Çempionlar Liqasının finalına çıxarıb.

İtaliya çempionatının cari mövsümünün 26 turundan sonra "İnter" 69 xal toplayıb və ən yaxın izləyicisi "Yuventus"u 12 xal qabaqlayaraq birinci yerdədir.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər